2024-2025-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib

2024-2025-ci tədris ilinin ilk Pedaqoji Şura İclası keçirilib

 

Bu gün yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Pedaqoji şuranın ilk iclası keçirildi. İclas Dövlət himninin səslənməsi ilə başladı. 

 Şurada pedaqoji fəaliyyətlərini şərəf və ləyaqətlə başa vurduqları üçün təqaüdə çıxan müəllimlər təltif olundular. Həmçinin məktəbə yeni təyin olunan müəllimlər, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə yeni təyinat alan Türkanə Abdulova kollektivə təqdim olundu. 

Pedaqoji şuradaAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmr və təlimatları kollektivin diqqətinə çatdırıldı.

2024-2025-ci tədris ilinin təşkili barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 06.09.2024 cü il tarixli ,3-29-59/3-2-451F/2024 nömrəli əmrinə əsasən aşağıdakı mövzular üzrə müzakirələr aparılımışdır.

 

✅ 2023-2024-cü tədris ilinin yekunları, yeni dərs ilində pedaqoji heyətin qarşısında duran məsələlər

✅ 2024-2025-ci tədris ili üçün məktəbin “Fəaliyyət Planı”nın müzakirəsi və təsdiqi

✅ Müəllimlərin dərs yükü, sinif rəhbərlərinin, dərnək rəhbərlərinin işin təşkili ilə bağlı müzakirə

✅ Ötən tədris ilinin buraxılış və qəbul imtahanlarının nəticələrinin təhlili

✅ Yeni tədris ilinə məktəb və məktəb inventarlarının hazırlıq vəziyyəti

✅ Valideyinlərlə işin təşkili 

✅ Təhsilverənlərin etik davranış qaydaları

✅ Müəssisədaxili nizam-intizam qaydaları, Təhsilverənlərin etik davranış qaydaları, xüsusi hallar

✅ 1-11-ci siniflərə, məktəbəhazırlıq qruplarına şagird qəbulu

✅ İstedadlı şagirdlərlə işin təşkili

✅ RFO, RFM, LMO, və digər müsabiqələrə hazırlıq hədəflər

 Pedaqoji Şura iclasında qeyd olunan məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi