VIII Bytom 2024 liqasında Cudo üzrə yarışda I yerA.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 7 “Z” sinif şagirdi Orxan Paşayev Polşada keçirilən VIII Bytom 2024 liqasında Cudo üzrə yarışda I yerə layiq görülmüşdür.Məktəblimizi kollektiv adından təbrik edir, uğurlar arzulayırıq.
Şahmatda I yerA.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 5 ”G” sinif şagirdi Həsənli Firidun ümumi qruplarda 142 uşaq arasında keçirilən şahmat yarışında 11-12 yaş kateqoriyasında 1-ci yeri tutmuşdur. Şagirdimizi kollektiv adından təbrik edir, uğurlar arzulayırıq.
7 "M" sinfinin uğuruA.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 7 “M” sinif şagirdlərinin uğurları davam edir. Bir həftə ərzində şagirdlərimiz AMO 2023-də 3 gümüş, FİSO Məntiq Olimpiadasında isə 2 qızıl medal qazanmışdır. Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.