Dövlət Bayrağı gününə həsr edilmiş flaşmob keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 9 noyabr-Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu əlamətdar gün münasibəti ilə A.Hüseynzadə adına 20№li tam orta məktəb-liseydə Bayraq Günü qeyd olunmuşdur. Belə ki, 6 “C” sinfi məktəbdə flaşmob keçirərək, şeirlər səsləndirmişlər. Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və sinif rəhbəri Abbasova Samirə iştirak etmişdir. Tədbir Ümummilli Lider Heydər Əliyevin büstünün önündə Azərbaycan Respublikasının Dövlət Himni ilə yekunlaşmışdır.