F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya

   Ümummilli liderimiz Heydər Əliyev mütaliə mədəniyyətinin inkişafında bizə çox əhəmiyyətli tövsiyələr vermişdir. Dahi şəxsiyyət deyib: “Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”.

   “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində A.Hüseynzadə adına 20 nömrəli məktən-liseyin 3”C” sinif şagirdləri Azadə Tahirovanın rəhbərliyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyaya getmişlər.

   Şagirdlərin mənəvi tərbiyəsinin, intellektual görüşlərinin, elmə-biliyə və kitablara olan maraqlarının bütün təzahürü özünü kitabxanada tapmışdır.

Ekskursiya zamanı şagirdlərə kitabın, kitabxananın önəmi haqqında məlumat verilmiş, mütaliə vərdişlərinin beynin funksiyalarını, yaddaşı yaxşılaşdırdığı, düzgün təhlil etmək, analiz aparmaq kimi qabiliyyətləri inkişaf etdirdiyi söylənilmişdir.

   Mütaliə cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Ona görə də biz mütaliəni sevməli, ona vərdiş etməyi bacaramalıyıq. Mütaliə edib dünyamızı, tariximizi, özümüzü kəşf etməliyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi