Gənc cüdoçu

Bakı şəhəri Yasamal rayonu A.Hüseynzadə adına 20 №-li məktəb-liseyin 4g sinif şagirdi İsa Abdullayev yeniyetmələr arasında şəhər birinciliyi uğrunda keçirilən cüdo yarışlarında I yer tutaraq qızıl medal qazanıb. Dərs əlaçısı olan İsanın bu uğuru məktəb rəhbərliyini, sinif yoldaşları və müəllimini də çox sevindirmişdir. 4g sinif şagirdləri çempion adını qazanmış İsa üçün “ Təbriklər ” adlı divar qəzeti tərtib etmişlər. Məktəbin direktoru Y.Məmmədova da cüdo üzrə şəhər birincisi İsa Abdullayevi təbrik edərək onu diplomla təltif etmiş, gələcəkdə ona daha böyük naliyyətlər arzuladığını bildirmişdir.