Xocalı soyqırımı - xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsidir
Qar sevinc,təmizlik,xeyir bərəkət rəmzidir. Amma düz 27 il öncə Xocalıda yağan qar qəlblərimizi üşüdür.Həmən gecə Qar da,batmaqda olan ay da, yer üzünə şəfəqlərini yaymaq istəyən günəş də XX əsrin faciəsinə şahidi olduğundan utandılar ,özlərinə qarğıdılar. Həbibbəy Mahmudbəyov adına 2saylı liseyin V b və VI a sinif şagirdləri "Xocalı qarı- bir gecənin qanla yazılmış tarixi" adlı kompozısyada şagirdlər 27 il öncə yaşanan vəhşətin ağırlığını əks etdirdilər.
Tədbirdə Liseyin direktoru Bəkir Mustafayev tatixin ən qanlı səhifəsinin insanlıq adına ləkə olmasından.Tarix boyunca ermənilərin törətdikləri cinayətlər və yaşadığı dövlətlərə qarşı etdiyi xəyanətlərdən danışdı.Kitabxanaçı Şəfa Əliyeva və liseyin tarix müəllimi Sevil Nəsibova,ədəbiyyat müəllimi Təranə Fərəcli qadınlara ,qocalara,uşaqlara-dinc əhaliyə qarşı aparılan soyqrım siyasətinin ,faciənin beynəlxalq aləmdə tanınması üçün aparılan siasətdən,Beynəlxalq təşkilatların birtərəflik mövqeyinin qəsdən uzadıkmasından danışıldı.