Mayın 17-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri, mayın 18-də isə VI siniflər üzrə monitorinq keçirilir.

Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.
17 may Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseyində IV siniflər tədris dili və riyaziyyat fənlərindən monitorinq suallarını cavablandırıblar.
İmtahan rəhbəri Səkinə Hüseynova ,monitorinq mərkəzinin rəhbəri Ülviyyə Tahirzadə və nəzarətçilər şagirdləri qarşılayıb,onları monitorinq üçün ayrılan otaqlarda yerləşdiriblər.