Liseyimizin növbəti uğuru

   Müslümov Arda Yalçın oğlu 2024–2025-ci tədris ilində Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Liseyin 11C sinfini müvəffəqiyyətlə başa vurmuş, yüksək təhsil nəticələrinə əsasən “Qızıl medal” və “Xüsusi nümunəli attestat”la təltif olunmuşdur. Qeyd etmək istərdik ki, o Respublika Fənn Olimpiadasının qalibi olmuşdur.

    Gələcək təhsilində, karyerasında və həyat yolunda ona davamlı uğurlar, möhkəm iradə, yüksək nailiyyətlər və əzm arzulayırıq. Bu münasibətlə rəhbərlik, liseyin həmkarlar təşkilatının sədri və valideynin iştirakı ilə məzuna təntənəli şəkildə təqdimat keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi