Ən böyük milli dəyərimiz - Ana dilimiz

   H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə bədii-musiqili tədbir keçirildi. Tədbir Azərbaycanın Dövlət Himni ilə açıq elan olundu.
 "Dilimiz varlığımızdır" adlı tədbirdə liseyin müəllim-şagird kollektivindən başqa valideynlər,ictimaiyyət nümayəndələri, şəhid ailələri, Qarabağ qaziləri də fəxri qonaq kimi iştirak edirdilər. 
   Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi və metodbirləşmə sədri Ellada Həziyevanın təşkilatçılığı ilə düzənlənən əbədi-bədi tədbirdə liseyin şagirdləri tərəfindən hazırlanmış səhnəciklərdə unudulmaz ədiblərimiz Fizulinin, Nizaminin, Nəsiminin, X.B. Natavanın, Hüseyn Cavidin, Mikayıl Müşfiqin və digərlərinin yaradılmış obrazlarının dili ilə doğma dilimizin tarixi və keşməkeşli yoluna diqqət çəkilmişdi. 
   Sonda yenə şagirdlərin ifasında C.Məmmədquluzadənin "Anamın kitabı" əsərindən bir parça və Xəlil Rza Ulutürkün "Ana dili" şeiri əsasında bədii kompozisiya ifa edilmişdir.Tədbirin sonunda çıxış edən qonaqlar şagirdləri ana dilimizin qorunmasına, dilimizi və Vətənimizi sevməyə səslədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi