Liseydə Azərbaycan dili aylığı davam edir

   Hər il olduğu kimi bu il də liseyimizdə fənlərin aylığı keçirilir. Artıq bu bir ənənə şəklini almışdır. Dekabr ayında riyaziyyat, yanvar ayında coğrafiya aylığı keçirilmiş və yaddaqalan tədbirlər ilə şagirdlərimizə xoş ovqat bəxş etmişdir. Fevral ayı ana dili aylığıdır. Hal hazırda liseydə müxtəlif səpkili tədbirlər, sərgilər, nümunəvi dərslər keçirilir. Sərgidə şagirdlərin şəxsi təxəyyülü əsasında hazırlanan əl işləri də yer alıb. Belə ki, Va sinif şagirdi Səmədli Miri "Dədə Qorqud" dastanının motivləri əsasında "Basatın təpəgözü öldürdüyü boy"un səhnəsini yaratmışdır. Səhnənin maketi bütünlüklə qədim dövrün yaşam tərzini özündə əks etdirmiş, əsərin süjet xəttinin əsas motivlərini seyr edən hər kəsə tamamilə aydın şəkildə çatdırmışdır. 5a sinif şagirdi Cəfərli Fərəh isə musiqi dərsi ilə inteqrasiya edərək Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının personajlarını olduğu kimi geyimləri ilə maketini hazırlamışdır.
   Bu gün tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində aparılan müxtəlif vasitələri nəzərə alsaq şagirdlərdə bu tipli tədbirlər yüksək əhval ruhiyyə yaratmaqla bərabər həm də onların dünyagörüşünün zənginləşməsində önəmli rol oynayır. 
   21 fevral Beynəlxalq Ana dili günü münasibətilə Azərbaycan dili və ədəbiyyat müəllimi Həziyeva Ellada tədbir hazırlayır ki, bura da arzu edən hər kəsi dəvət edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi