"Doğma dilimizi və ədəbiyyatımızı sevək" adlı tədbir keçirildi

   H.Mahmudbəyov adına 2 nömrəli Texniki Humanitar Elmlər liseyində hər ay keçirilən fənn aylıqları çərçivəsindəki tədbirlərdən biri də 4 fevral 2019-cu il tarixində liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nuriyyə Quliyevanın rəhbərliyi ilə təşkil olunmuş "Doğma dilimizi və ədəbiyyatımızı sevək" adlı tədbir keçirildi. Tədbir Azərbaycan dili və ədəbiyyat aylığına start xarakteri daşıyırdı. Məqsəd Xətayi taxtında fərman olan dilimizin lüğət tərkibini, morfologiya və qrammatikasını, etimologiyasını, üslublarını daha dərindən, sevə-sevə öyrənməyə çağırışla şagirdlərdə doğma dilimizə olan sevgi və hörməti daha da artırılmış oldu. Ana dilində mükəmməl danışmaq, fikri gözəl ifadə etmək üçün isə onun leksikasını gözəl bilməyin üstünlükləri vurğulandı. Vulqar, əcnəbi sözlər, dialektlə danışmağın yolverilməz olduğu vurğulandı. Şagirdlərə davamlı olaraq milli-bədii ədəbiyyat nümunələrimizi mütaliə etməyə çağırış etməklə şagirdlərdə xalqımızın ulu keçmişinə, vətənə məhəbbət, qüdrətli sözə hörmət hisləri aşılanmağa çalışıldı. Ədəbiyyat tariximizdə xüsusi yerləri olan Natəvan, Vaqif, Vidadi obrazlarını yaratmaqla şagirdlərdə şairlərimizə olan sevgini artırmaqla eyni zamanda sinəsi yaralı Qarabağa səyahət etmiş olduq. 
   Sonda aylığa start verməklə hər kəs ay boyu fəal olmağa çağırıldı və milli birliyimizi əks etdirən "Yallı" rəqsi ilə həmrəylik nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi