"Əl tutmaq Əlidən qalıb"

  28 dekabr 2018-ci il tarixdə H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə, onkoloji xəstəlikdən əziyyət çəkən liseyin 9 b sinif şagirdi Abudzadə Murada dəstək naminə çox yüksək səviyyədə təşkil olunmuş yarmarka keçirildi. Həmin yarmarkada "Həyat" Fondunun təsisçisi və direktoru Hacı Nuran Hüseynov, Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Qüdrət Nuriyev, Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyev, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və psixoloq Aytən Ələkbərova fəxri qonaq qismində təşrif buyurmuşdurlar. Təşkil olunan yarmarkada liseyin direktoru Bəkir Mustafayev, tədris işləri üzrə direktor müavini Nuranə Şıxəliyeva və təlim işləri üzrə direktor müavini Kəmalə Abbasova öncə hər kəsi 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il münasibətilə təbrik etdilər və yardımsevərlik, xeyirxahlıq naminə Murada dəstək üçün belə böyük təşəbbüs irəli sürərək yarmarkanın ərsəyə gəlməsində əməyi keçən müəllim və şagird kollektivinə dərin minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi