"Bizimlə riyaziyyat asan olacaq"

H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə “Riyaziyyat aylığı” çərçivəsində liseyin riyaziyyat müəllimi Solmaz Abdullayevanın təşkilatçılığı ilə yüksək səviyyədə təşkil olunmuş "Bizimlə riyaziyyat asan olacaq" adlı tədbir keçirildi. Tədbirdə 5a, 6a və 9a sinif şagirdləri iştirak etdilər. Şagirdlər alimlərin riyaziyyat haqqında dediyi bir sıra kəlamları səsləndirdilər. 5a sinif şagirdləri riyaziyyat elminə dair şeirlərlə və 9a sinif şagirdləri isə musiqili çıxış etdilər. Tədbirin yüksək səviyyədə təşkilinə görə liseyin direktoru Bəkir Mustafayev, tədris işləri üzrə direktor müavini Nuranə Şıxəliyeva və təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Abbasova hər kəsə təşəkkürlərini bildirdilər və qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hər kəsə işlərində uğurlar və nailiyyətlər arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi