"Aprel döyüşlərinin rolu" mövzusunda elmi-nəzəri-praktik konfrans keçirilib

  Azərbaycan Respublikasının Gənclər Fondun dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) " Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği" adlı layihə çərçivəsində H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyində Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində "Aprel döyüşlərinin rolu" mövzusunda elmi-nəzəri-praktik konfrans keçirib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutu və dövlət himnimizin səsləndirilməsilə başladı.
  Konfransı giriş sözü ilə açan liseyin direktoru Bəkir Mustafayev qeyd edib ki, "Dördgünlük müharibə" adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı.
  Layihə rəhbəri Müqamət Əliyev bildirdi ki, Müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyi onun silahlı qüvvələrinin hazırlanmasından asılıdır. Odur ki, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksədilməsi günün ən aktual tələblərindəndir.
   Ulu Öndər Heydər Əliyev cənabları 2 fevral 1996-cı ildə gənclərin birinci forumunda söylədiyi nitqində gənclərlə məşğul olan bütün təşkilatların ictimaiyyətin diqqətini bu mühüm məsələyə cəlb edərək demişdir: "Azərbaycan ərazisinin bir qisminin Ermənistan respublikasının ərazi bütövlüyü pozulduğuna görə milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu nizamnaməsi olsun." Həqiqətən güclü ordu yaratmaq, vətəni, doğma torğpağını canından artıq sevən gənclər yetişdirmək istəyiriksə, bu prosesin körpəlikdən başlayaraq orta təhsilin pillələrində ali məktəbə, ailədə, cəmiyyətdə, hərbi hissədə davam etməsi lazımdır.
  Tədbirdə digər çıxış edənlər vətənpərvərlikdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
  Sonra mövzulara aid fotoslaydlar və videoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdır.
  Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olub.
  Vətənpərvərlik mövzuları iə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları, təsvirli köynəklər və Ulu Öndərin əksi olunmuş döş nişanı paylandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi