"Azərbaycan-Kərkük xalqı" mövzusunda elmi-bədii tədbir keçirildi

      30.11.2018-ci il tarixində H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseydə "Azərbaycan-Kərkük xalqı" mövzusunda elmi-bədii tədbir keçirildi. Tədbirin təşkilatçısı Ellada Həziyeva gələn qonaqları salamladıqdan sonra Kərkük xalqı onların yaşayış tərzi, ədəbiyyatı, tarixi ilə bağlı hər bir məqamı incəliklərinə qədər tədbir iştirakçılarına çatdırdı. Tədbir şagirdlərin rəngarəng və maraqlı çıxışları ilə yadda qaldı. Kərkük xalqının musiqisini canlı olaraq şagirdlər oxuyub rəqs etdilər.
    Tədbirə yazar, araşdırmaçı, Dünya Türk Gəncləri Birliyi Ümumi Baş köməkçisi, İraq Türkmən Ədəbiyyatçılar Birliyi Dövlətlərarası Koordinatoru, Kərkük Mədəniyyət Dərnəyi Qurucu Ümumi rəhbəri, (Ankara-İraq) Dünya Qəzetçilər Federasiyasının Qurucu namizədi ( Ümumi katib), İraq Türkmən Qəzetçilər Cəmiyyəti Qurucu Rəhbəri, Türk Dünyası Gənc Əlaqəçilər Birliyi Qurucu Ümumi Rəhbəri Şəmsəddin Kuzeci və filologiya üzrə fəlsəfə doktoru, dossent, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi Mahmudova Qətibə xanım təşrif buyurmuşdur.
    Sonda qonaqlara simvolik hədiyyələr verildi. Həmçinin öz növbəsində Şəmsəddin Kuzeci də liseyə Kərkük xalqının həyatını tədqiq etdiyi kitabları və şeir kitablarını hədiyyə etdi.
    Tədbir sonunda liseyin direktoru Bəkir Mustafayev tədbiri həyata keçirmək üçün təşəbbüs irəli sürən tədris işləri üzrə direktor müavini Nuranə Şıxəliyevaya və tədbiri həyata keçirən Ellada Həziyevaya dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi