Azərbaycan müəllimlərinin XV qurultayı keçirildi
Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirildi. Qurultayda Azərbaycan müəlliminin qarşısında duran öhdəliklərdən danışıldı və təhsilin aparıcı istiqamətləri müzakirə olundu. Azərbaycan müəllimlərinin XV qurultayında liseyin direktoru Bəkir Mustafayev və coğrafiya müəllimi Şərafət Hüseynli iştirak etdilər. Təhsil Naziri Ceyhun Bayramov Prezidentimizin sərəncamı ilə liseyin coğrafiya müəllimi Şərafət Hüseynli layiq görüldüyü "Əməkdar müəllim" fəxri adı alması münasibətilə təbrik etdi.