Liseydə "Qanunların şahlığı"adlı tədbir keçirildi

 H.Mahmudbəyov adına 2 nömrəli liseydə "Qanunların şahlığı"adlı tədbir keçirildi. Tədbirdə dövlətçilik tariximizə səyahət edən qonaqlarımız, səhnələşdirilmiş konstitusiya maddələrini çox bəyəndilər.Hər bir insan cəmiyyətdəki hüquqlarını bilməli,üzərinə düşən vəzifələrin məsuliyyətini dərk etməlidir.Yalnız qanunların işlədiyi cəmiyyət uğurlu gələcəyə əmin ola bilər.Uzun əsrlər boyu azadlıq uğrunda mübarizə aparan bir xalq üçün bu gün sahib olduğu cəmiyyət böyük mükafatdır.Müstəqilliyi hüquqi dövləti qurmaq nə qədər çətindirsə ,onu qorumaq daha məsuliyyətli bir vəzifədir. Savadlı,bilikli gəncliyi olan dövlət isə həmişə öz bayrağını yüksəklərdə dalğalandıra bilər.Vb sinif şagirdləri daha sonra milli konstitusiya tariximizi əks etdirən kiçik slaydlarını təqdim etdilər.Mövzuyla bağlı rəsm sərgisi də maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi