20 Yanvar faciəsi iyirmi altıncı ildönümündə yad edilib

20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi altı il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.2 saylı liseydə 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı təsdiq edildi Lisey foesində 20 Yanvar faciəsini əks etdirən rəsm sərgilərinin təşkili,fotostend və güşələrinin təşkili , 20 Yanvar faciəsi ilə əlaqədar ədəbi - bədii gecənin təşkili nəzərdə tutuldu. Əmrin icrasına nəzarət direktor müavini Kəmalə Abbasovaya tapşırılmışdır. H.Mahmudbəyov adına 2 saylı liseydə 20 Yanvar faciəsi”nin iyirmi altıncı ildönümünün qeyd edilməsi bağlı çox yüksək səviyyədə tədbir təşkil edilmişdir. Tədbirdə IX və XI sinif şagirdləri çox yaxından iştirak etdilər. 20 Yanvar faciəsi”nin iyirmi altıncı ildönümünün qeyd edilməsi ilə bağlı təşkil olunmuş tədbirdə şəhidlərimizin xatirəsinə aid şeirlər səsləndi və faciəyə aid video çarxlar nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi