"Əsgərə xatirə kitabı" layihəsi

Azərbaycan Alpaqut Federasiyasının rəhbərliyi ilə Müasir Azərbaycan tarixinə əbədi müstəqillik qazandıran Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr edilmiş təntənəli tədbir keçirildi.Tədbirdə dövlət məmurları, sənət adamları, ictimai-siyasi xadimlərlə yanaşı H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyinin müəllim və şagirdləri də iştirak etdi. Liseyimizin ənənəsinə sadiq qalaraq "Əsgərə xatirə kitabı" layihəsi tədbirdə iştirak etdi. Layihənin müəllifi liseyin direktor müavini Nuranə Şıxəliyeva hərbi vətənpərvərlik ruhunda həyata keçirdiyi geniş fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti yanında Qarabağ müharibəsi veteranları, əlillər və şəhid ailələri İctimai Birliyinin Sədri Mehdi Mehdiyev tərəfindən "Vətən naminə" medalı ilə təltif olundu.Mükafatlandırılanlar arasında liseyin tarix müəllimi Sevil Nəsibova da vardı. Şagirdlərin aprel qaziləri və şəhid ailələri ilə görüşü, onlara kitab bağışlaması onlarda böyük ruh yüksəkliyinə səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi