Ulu öndərin xatirəsinə həsr olunmuş konsert proqramı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

Öncə tədbir iştirakçıları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər.

Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və direktor müavinləri, KİV nümayəndələri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilərin milli musiqi alətlərində ifaları və vətənpərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tədbir iştirakçılarını salamlayaraq müasir Azərbaycanın memarı Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. M.Vəliyeva bildirib ki, dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi təhsil sahəsində də  böyük nailiyyətlər əldə olunub.

Ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini deyən İdarə müdiri ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırıb.

M.Vəliyeva həlledici məqamlarda çıxış yolunun tapılması qabiliyyətinin liderliyin əsas amili olduğunu və bu xüsusiyyətlərin ulu öndər Heydər Əliyev şəxsiyyətindən əxz edildiyini söyləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi