"Ulu bir Sərkərdə, Ulu bir Öndər"

10 May 2018-ci il tarixində H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə Ulu Öndər H.Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Cəbrayıl rayonunun Cocuqmərcanlı kənd məktəbi ilə birgə onlayn-dərs həyata keçirildi.Onuda nəzərə çatdırım ki, bu təşəbbüs lisey tarixində bir ilkdir.2017-2018-ci tədris ilinin "Təhsildə keyfiyyət ili" olduğunu nəzərə alaraq bu dərsin əhəmiyyəti barədə onu qeyd etmek istərdim ki, şagirdlərdə əməkdaşlığı,digər bölgələrdə yaşayan şagirdlərlə dostluq əlaqələrini inkişaf etdirmək bu dərsin əsas qayələrindən biridir. Şagirdlərin məhz cəbhə bölgəsində ermənilərin tapdağı altından aprel döyüşləri nəticəsində azad edilən və möhtərəm prezidentimiz İlham Əliyevin tapşırığı ilə yenidən bərpa olunaraq sakinlərinə qaytarılan Cocuq Mərcanlı kəndinin orta məktəbi ilə bağlantı yaratmaq onların tək olmadığına, onlara daim dəstək olduğumuzu bildirir.
Layihəni bir təşəbbüs olaraq irəli sürən liseyin təlim-tədris işləri üzrə direktor müavini Nuranə Şıxəliyeva sonda öz nitqində sagirdlərin hər birinin qəlbində vətənə,torpağa məhəbbət, Ulu Öndərə ehtiram hissinin nə qədər yüksək olduğunu bir daha vurğulamışdır.
Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev sonda təşəkkür edərək belə bir layihədə məhz onların məktəbinin seçilməsinə görə liseyə öz dərin təşəkkürünü bildirdi. 
Ulu Öndərin həyat və fəaliyyətini hərtərəfli, geniş əks etdirən bu dolğun dərsin təşkilatçısı Ellada müəllimənin bu işi məktəb müdriyyəti tərəfindən yüksək səviyyədə qiymətləndirildi.
Ümid edirik ki, gələcəkdə də bu tipli dərslər mütəmadi keçiriləcək və bu da şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi