“Genetik modifikasiya olunmuş məhsullar nədir?” mövzusunda elmi-nəzəri-praktik konfrans keçirilib

     Gənc Vətənpərvərlər İctimai Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin maarifləndirilməsi üçün tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində Səbayel rayon 2 saylı texniki humanitar elmlər liseyində  “Genetik modifikasiya olunmuş məhsullar nədir?” mövzusunda elmi-nəzəri-praktik konfrans keçirib.Tədbir Azərbaycanın Dövlət Himni ilə başlanıb.                           

qhtxeber.az-a daxil olan məlumata görə, M. Əliyev layihənin məqsəd və vəzifələrindən danışıb. Qeyd edib ki, indi dünyanın ən inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Çin, Yaponiya və s.) ərzaq məhsullarının, meyvə və tərəvəzlərin 70%-dən çoxunun tərkibində transgen inqredentlər var. Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”                                                          

Tədbirdə çıxış edənlər - Azərbaycan Turizm və Menecment Universitetinin dekanı, biologiya elmləri namizədi Sevda Vəzirova ,Qida təhlükəsizliyi İctimai monitorinq qrupunun üzvü, “Sağlam qidalanma və Qida təhlükəsizliyi” üzrə ekspert Məhsəti Hüseynova , məktəbin 11-ci sinif şagirdi Aqil İdriszadə, Nəsimi rayon 19 saylı tam orta məktəbin hərbi müəllimi, Qarabağ qazisi İslam Əzimov və başqaları bildiriblər ki,  sağlamlığa xidmət edəcək bu kimi layihələr davamlı olmalıdır, GMO ilə bağlı cəmiyyətin bütün təbəqələri səfərbər edilməlidir, həmçinin proseslərə vətəndaş cəmiyyəti daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb.                    Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi  Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru  İlham Mədətov və digərləri gənc nəslin sağlam, vətənpərvər ruhda yetişdirilməsində, idman siyasətində və fəal təşkilatçılıqlarına görə GVİB tərəfindən fəxri fərmanlarla təltif olunublar.

Tədbirdə mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb və  GMO məhsulları haqqında maarifləndirici bukletlər paylanılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi