"Yurduma bahar gəlir"

Azərbaycanı dünyada məşhurlaşdıran, əlbəttə ki, onun bir-birindən gözəl dilbər guşələridir. Hər tərəfi gülüstan olan vətənimizin hər daşında bir tarix, bir mədəniyyət yatır. Əsrlər keçsə də zəngin mədəniyyətə malik bölgələrimiz adət- ənənələrimizi yaşadaraq onu gələcək nəsillərə ərməğan kimi ötütür. Məhz bu baxımdan hər il bir ənənə şəklində olaraq Bakıdakı Həbib Mahmudbəyov adına 2 nomrəli texniki-humanitar liseydə "Cənnət görmək istəyən Azərbaycana gəlsin" layihəsi çərçivəsində Novruz bayramı ərəfəsində tədbir keçirilir. Layihənin məqsədi şagirdlərdə vətənpərvərlik hissi, milli-mənəvi dəyərlərimizin təbliği, bölgələrimizdə Novruz adət-ənənələrinin qorunub saxlanmasını diqqətə çatdırmaqdır. 
Şagirdlərin hər bir bölgənin özünəməxsus ənənələrini, Novruz adətlərini ətraflı şəkildə əks etdirməsi onların vətənə məhəbbətinin bariz nümunəsidir.
Hər il olduğu kimi bu il də Novruz ərəfəsində təlim-tərbiyə işləri üzrə Kəmalə Abbasova, liseyin tarix müəllimi metodbirləşmə sədri Sevil Nəsibova ve bir neçə fəal sinif rəhbərləri ilə birlikdə martın 13-də liseydə "Cənnət görmək istəyən Azərbaycana gəlsin"adlı tədbir, çal-çağır yığıncağı qurulmuşdur. Tədris ocağında əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Liseyin həyətində tonqal qalanmış, şagirdlər milli geyimlər geyinmiş, çoxlu xonçalar bəzədilmişdi. Tədbirdə şagirdlərin ifasındakı bir-birindən gözəl rəqslər, şeirlər liseyə qonaq gələnlərə xoş ovqat bəxş edirdi. Tədbiri maraqlı və rəngarəng edən məqamlardan biri siniflərdə hər bir bölgəni təmsil edən guşələrin yaradılması idi. “Bakı”, “Gəncə”, “Naxçıvan”, “Lənkəran”, “Qarabağ”, “Şamaxı”, “Quba”, “Salyan” adlı otaqlarda bölgələrimizin fərqli-fərqli mətbəxləri, folkloru tərənnüm edilirdi.
Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı Milli Məclisin deputatı Hikmət Babaoğlu, Səbayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Azərbaycan Yazıçılar Birliyinin üzvi Əkbər Qoşalı, Alpaqut döyüş növünün təsisçisi Vasif Namazov, Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Arzuman Abdulkərimov və digər qonaqlar iştirak edirdi.
Tədbirdə Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək iştirakçıları "yel çərşənbəsi" münasibətilə təbrik etdi. Novruz bayramının tarixindən danışan millət vəkili belə tədbirlərin məktəblərdə keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi.
Liseyin direktoru Bəkir Mustafayev tədris ocağında şagirdlərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərdən danışdı. Bu kimi tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğuladı.
Liseyin direktor müavini Nuranə Şıxəliyeva sonda qonaqlara tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. Tədris ocağında keçirilən silsilə tədbirlər haqqında ətraflı məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi