Tarixin qan yaddaşı

26 fevral 1992-ci il tarixində dünya yer üzündə misli görünməmiş bir faciənin şahidi oldu. Ermənilər həmin gecə bütün insanlığa qarşı soyqırım aktını həyata keçirdilər. Qeyri-insani cəza üsulları ilə uşaqlara, qocalara, qadınlara aman vermədilər, bütün bəşəriyyətə qarşı ağlasığmaz cinayətlərə əl atdılar. Bu gün həmin hadisədən 26 il ötür. Bu gün H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə faciənin ildönümünü anmaq, şagirdlərdə qisasa çağırış ruhu, vətənpərvərlik hissləri, düşmənlərimizi tanımaq və onlara qarşı amansız olmaq məqsədi daşıyan açıq dərs nümayiş olundu. Dərs liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nuriyyə Quliyeva tərəfindən 5"c"sinfində keçirildi. Dərsdə faciə ilə bağlı videomateriallar, fotoşəkillər nümayiş olundu, Ermənistanın işğalçılıq siyasəti nifrətlə pislənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi