"Ana dilimizi qoruyaq, sevək" adlı tədbir keçirildi

21 fevral "Beynəlxalq Ana dili" günüdür. Bu əlamətdar gün 1952-ci il 21 fevralda Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsi ilə bağlıdır. Bu əlamətdar günün qeyd olunması hər kəsə öz doğma dilinin varlığını hiss etdirmək, onunla qürur duymaq, onu inkişaf etdirmək məqsədini güdür. Bu gün Səbail rayonu H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyində "Ana dilimizi qoruyaq, sevək" adlı tədbirin keçirilməsində də əsas məqsəd elə bu idi. Tədbir liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Quliyeva Nuriyyənin rəhbərliyi altında 5c sinfi ilə hazırlanmışdır. Tədbir çox yüksək səviyyədə keçirildi. Şagirdlərimizdə ana dilinə hörmət, sevgi, onunla qürur duymaq hissi aşılayan bu tədbir millilik və vətənpərvərlik hisslərinin aşılanması ilə də bağlı uzun müddət yaddaşlarda qalacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi