10 dekabr 2015-ci ildə 2 saylı Texniki Humanitar liseydə Ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirildi
10 dekabr 2015-ci ildə 2 saylı Texniki Humanitar liseydə Ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirildi. Tədbir iştirakçıları Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olaraq Sovet İttifaqı kimi nəhəng dövlətin siyasi rəhbərliyində təmsil edildiyini vurğulayıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında ən görkəmli və böyük təsirə malik lider olduğunu əməli fəaliyyəti ilə göstərib. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Dahi rəhbər müasir dövrümüzdə azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli mənəvi tərəqqisi üçün möhtəşəm işlər həyata keçirib. Bu gün Azərbaycanın neft strategiyasında qazandığı uğurların əsasını ulu öndər Heydər Əliyev qoyub. Ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafının təməli onun adı ilə bağlıdır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti azərbaycançılıq məktəbidir. Hər yeni gələn nəsil bu böyük məktəbdən Vətənin, xalqın inkişafı naminə faydalanır və daim faydalanacaq. Tədbir VI-IX sinif şagirdləri arasında təşkil olunmuşdur. Heydər Əliyevin həyat yolunu şagirdlər slayd şou vasitəsilə tədbir iştirakçılarna təqdim etmişlər. Ulu öndərimiz Heydər Əliyə həsr olunmuş şerləri məktəbin fəal şagirdləri çıxış edərək səsləndiriblər. Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Tədbir çox gözəl səviyyə də təşkil olunmuşdur.