Səbaildə Azərbaycan tarixindən yekun konfrans keçirildi

Azadlıq uğrunda mübarizə Azərbaycanda yeni şəxsiyyətlərin, liderlərin yetişməsinə səbəb olub. Onların hər birinin tarixdə öz yeri var. Amma Azərbaycan arzulanan əbədi azadlığa yalnız bir şəxsiyyət, Heydər Əliyev qovuşdurmuşdu. Ona görə də təsadüfi deyil ki, Səbail məktəblərinin tarix tədqiqatlarının nəticəsi olaraq nəşr olunan kitab məhz belə adlanır. "Heydər Əliyev və Azərbaycan tarixi" adlanan Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən bu layihənin növbəti yekun mərhələsi 6 saylı məktəbdə baş tutdu. Burada may ayında start götürmüş elmi-praktiki konfransda dinlənilmiş məruzələrin toplusu kitab şəklində nəşr olunmuşdu. Həmin kitab şagirdlərin dünyagörüşünü forlamalaşdırır. Konfrans iştirakçılarından 6 №-li məktəbin şagirdi Mətanət Quliyeva, 7 №-li məktəbin şagirdi Emil Rüstəmli, 2 №-li Texniki-Humanitar elmlər liseyinin  şagirdi Yəmən Əzizli, 91-№-li məktəbin şagirdi Elmira Qoca və başqaları kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq bildirilmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi