2 saylı texniki humanitar elmlər liseyində "Bilik günü" qeyd olunub
Sentyabrın 15-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır. Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, o vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. Bu fikri faktlar da təsdiqləyir. Böyük öndərin imzaladığı "ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək haqqında" qərarı da onun xalqına böyük töhfəsi idi. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir....Beləliklə, sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır.Bu gün bütün tədris müəssisələrində qeyd olunduğu kimi bizim 2 saylı texniki humanitar elmlər liseyində də “Bilik günü” qeyd olunub. Tədbirdə liseyin direktoru Mustafayev Bəkir, təlim-tərbiyə işləri üzrə direktor müavini Nuranə Şıxəliyeva, tərbiyə işləri üzrə təşkilatçı müavini Kəmalə Abbasova və təlim-tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Tahirzadə çıxış etmişdir.Onlar liseyimizin şagirdlərinə yeni tədris ilində bol təhsil nailiyyətləri, zehin açıqlığı arzu etmişdirlər. Şagirdlər keçid siniflərində əldə etdiyi uğurlara görə “Fəxri fərman”la təltif olunmuşlar.Ümumilikdə isə, yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların başlanğıcı deməkdir. Yeni dərs iliniz mübarək!