Liseydə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ili ilə bağlı ədəbi-bədii tədbir keçirilib
Səbail rayonu, 2 saylı H.Mahmubəyov adına Texniki Humanitar Liseyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ilə bağlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Alpaqut Federasiyasının prezidenti Aqil Acalov ,XXI Əsrin Qadınları İctimai birliyinin sədri Mahirə Emirhüseynova ve digər fəxri qonaqlar iştirak edib. Tədbirdə açılış və giriş olaraq söz liseyin direktoru Bəkir Mustafayeva verilib. Alpaqut Federasiyasının prezidenti Aqil Acalovda, Ulu Öndər Heydər Əliyevin keçdiyi tarixi ictimai-siyasi yolu barədə fikirlərini bildirməklə yanaşı, müasir Azərbaycanın inkişaf və tərəqqisinin məhz bu ideologiya əsasında formalaşdığını vurğulayıb. “Bu günün gənc nəslinin dövlətinə və xalqına sədaqətli olmasının, bu istiqamətdə maariflənməsinin əsas prinsiplərindən biri də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq idealogiyasıdır” deyə qeyd edən Aqil Acalov eyni zamanda bildirib ki, məhz bu mühüm faktor özünü bütün sahələrdə, eləcə də idman sahəsində göstərir. Gənclərimiz dünya və Avropa kuboklarında Olimpiya oyunlarında üçrəngli bayrağımızı qürurla dalğalandırır, hər bir azərbaycanlının başını uca edirlər: “Bu siyasət hazırda Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev cənabları tərəfindən uğurla aparılmaqdadır. Bizlər isə bu siyasətin ətrafında sıx biləşərək, Azərbaycanın davamlı inkişaf və tərəqqisinə öz töhfələrimizi verəcəyik”. Çıxış edən Alpaqut Federasiyasının Təşkilat və İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri, liseyin direktor müavini Nuranə Şıxəliyeva isə öz növbəsində bildirib ki, bu gün əsas olaraq təhsil ocaqlarında yeniyetmə və gənclərin dövlətçilik ruhunda tərbiyələnmələri əsas prioritet olaraq götürülüb: “Əbəs yerə deyil ki, Ulu Öndər Heydər Əliyev təhsili sistemini dövlətin təməli olduğunu vurğulayıb. Çünki hər bir dövlətin inkişafı əsasında təhsil və maariflənmə faktorları dayanır. Bu baxımdan, hazırda Azərbaycanda təhsilin tərəqqisi istiqamətində Ümummilli Lider Heydər Əliyev ideologiyasının tarixi missiyası həyata keçirilir.Eyni zamanda, yeniyetmə və gənclərimizin sağlam ruhda böyüməsi, inkişaf etmələri üçün dövlət hər bir şəraiti yaradıb. Bu baxımdan, Alpaqut Federasiyası da Azərbaycan gəncliyinin vətənpərvər, sağlam ruhda inkişaf etməsi istiqamətində bütün mümkün addımlarını atır, bundan sonra da atacaq. Biz, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət ətrafında sıx birləşərək, Azərbaycanımızın inkişafın üçün əlimizdən gələni əsirgəməyəcəyik.” Sonda Nuranə müəllimə tədbiri ərsəyə gətirən əməyi keçən Ellada Heziyeva Həqiqət Rüstəmovaya minnətdarlıq etmişdir. Tədbirdə şagirdlərin hazırladıqlari bədii çıxışlar və Federasiyanın gənc idmançıları Alpaqut döyüş sənətinin müxtəlif incəliklərini və fəndlərini nümayiş etdirərək davam edib. İdmançıların nümayişi tədbir iştirakçıları tərəfindən maraqla izlənilib və alqışlarla müşahidə olunub.