Bu ildə Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyev və Azərbaycan tarixi mövzusunda elmi-praktiki konfrans keçirilib

Ənənə davam edir. Bu ildə Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyev və Azərbaycan tarixi mövzusunda elmi-praktiki konfrans keçirilib.Bu ilin əvvəlində Səbaildə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən elmi-praktiki konfransların nəticəsi kitab şəklində nəşr edilib. Bu konfranslarda şagirdlərin etdiyi çıxışlar Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr edilmiş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitabın təqdimatı olub. Rayon rəhbərliyi, rayondakı idarə, təşkilat və digər qurumların, təhsil müəssisələrinin rəhbərləri, ziyalıların içtirak etdiyi tədbir Milli Azərbaycan Tarixi Muzeyində baş tutub. Təqdimat mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan və Səbail rayonunun orta məktəblərinin 33 şagirdinin hazırladıqları monoqrafiyaların toplandığı kitab daş dövründən başlayaraq müasir dövrə kimi olan bir zamanı əhatə edir.Təqdimat mərasimində çıxış edən 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, kitabın redaktoru Elmin İmanov, məqalələri kitaba daxil edilmiş 2 nömrəli Texniki humanitar elmlər liseyinin şagirdi Murad Kərimov, 7 nömrəli məktəbin şagirdi Firavan Əlizadə, 6 nömrəli məktəb-liseyin şagirdi Əsmər Səfərli və başqaları Heydər Əliyevin Azərbaycan tarixində özünə məxsus yer tutduğunu bildiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi