"Gəzirəm Azərbaycanı" turu çərçivəsində yolumuz Dərbənddən keçdi

Səbail rayonu H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyinin şagirdləri Azərbaycan dili müəllimi Ellada Həziyeva ilə birgə "Gəzirəm Azərbaycanı" turu çərçivəsində yolumuz Dərbənddən keçdi. Əsrlər boyu vətənimizin şimal sərhədi və alınmazlıq rəmzi sayılan Dərbənddə Novruz bayramını qeyd etmək isə özünəməxsus zövq verdi. İnsan sahib olduqlarını itirəndən sonra daha çox dəyərləndirməyə başlayır. Dərbəndli soydaşlarımızın Novruza necə dəyər verdiklərini görüncə çox sevindik. Sübh tezdən gün batana qədər hər kəs ən gözəl geyimləri və ən kiçik ailə üzvləri ilə birgə doğmalarını, yaşlıları ziyarət edir. Bu prosesin gün boyunca davam etməsi həmin gün küçələrdə bir izdiham yaşanmasına səbəb olurdu. Beləcə həmin gün Dərbənd mən Azərbaycanlıyam deyə hayqırdı. Sədası ta Dərbənd qalasında əks səda verirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi