Liseydə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş rəsm sərgisi keçirildi.

Sərginin keçirilməsində məqsəd şagirdlərimizə tariximizin qanlı, amma bir o qədər də şanlı səhifəsini daha yaxından tanıtmaq, onlara vətənpərvərlik ruhunu aşılayaraq qan yaddaşımızı unutmamağa şərait yaratmaqdan ibarətdir.

Şagirdlərin ərsəyə gətirdikləri Rəsmlər Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 yanvar 1990-cı il haqqında ətraflı məlumatlar, Qara Yanvara həsr etdikləri rəsmlər, öz əksini tapıb. Liseyin hər bir sinfinin şagirdləri ürəkağrısı ilə Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin simvolu kimi tarixə düşən 20 Yanvar haqqında həqiqətləri bacardıqları kimi çatdırmağa çalışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi