"Uşaq hüquqları İnsan hüquqlarının bir hissəsi kimi"
Uşaqlar həyatın çiçəyidir...
Ümumdünya uşaq aylığı günü
11.12.2024-cü il tarixində liseyimizdə "Uşaq hüquqları İnsan hüquqlarının bir hissəsi kimi" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən 8-ci sinif şagirdləri uşaq hüquqlarının qorunması, uşaqlara qarşı şiddət, uşaq əməyinin istismar olunması, müharibələrin uşaqların həyatında buraxdığı dərin izlər, uşaqların seçim azadlığı kimi məsələlərə toxunmuşlar. Şagirdlərimiz eyni zamanda mövzularla bağlı şəkillərdən ibarət maraqlı slaydlar da təqdim etmişlər.