Liseydə“27 Sentyabr – Anım Günü” ilə əlaqədar Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Tədbir başlamamışdan öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Liseyin hərbi rəhbəri Aslan Ömərov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyərək, hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Bundan əlavə o, 2023-cü ilin 19 sentyabrında Xankəndi şəhəri ətrafında 23 saat 43 dəqiqə həyata keçirilən antiterror tədbirlərində heç bir mülki şəxsə ziyan vermədən, xəsarət yetirmədən separatçı və işğalçı qüvvələrin ağ bayraq qaldıraraq təslim edildiyini, bununla da Azərbaycanın suverinliyinin, ərazi bütövlüyünün tam təmin olunduğunu vurğulayıb. Digər çıxış edənlər Vətən müharibəsində Azərbaycan xalqının sözün həqiqi mənasında birlik nümayiş etdirərək böyük zəfərə nail olduğunu və bu qələbənin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.