“Bilik Günü”
Sentyabr ayının 16-da liseydə “Bilik Günü” qeyd olunub.
“Bilik Günü”nə həsr olunmuş toplantı Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Liseyin direktoru Məcidli Turanə xanım yeni tədris ilinin başlanaması münasibəti ilə müəllim və şagirdləri təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıb. Sonda İlk zəngin sədaları altında şagirdlər sinif otaqlarına daxil olublar.
Beşincilərlə yaxından tanış olmaq məqsədilə sinif rəhbərləri otaqlarında onlarla söhbət aparıb.
Sonda xatirə şəkli çəkilib.