Metodbirləşmə iclası keçirildi
04.09.2024-cü il tarixində liseydə 2024/2025-ci tədris ili üzrə metodbirləşmə üzvlərinin iclası keçirilib.
Lisey rəhbərliyi tərəfindən təşkil olunmuş iclasda ilkin olaraq yeni tədris ilində qarşıda duran əsas məsələlərə toxunuldu, illik tematik planlaşdırmayla bağlı müzakirələr aparıldı, diaqnostik qiymətləndirmələrin hazırlanması, prespektiv planlaşdırılmadan, icmalın yazılması və s.haqqında tapşırıqlar verildi. İclasda iştirak edən fənn müəllimləri arasında fikir mübadiləsi aparıldı.