Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov -Torpağı Vətənləşdirən Milli Qəhrəman

İyun ayının on birində 8A sinfi Səadət müəllim və Gülnar müəllimlə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarını ziyarət ediblər.

Məlumat üçün bildirmək istəyirik ki, 8A sinif şagirdləri M.İbrahimov haqqında yazılmış "Qisas gecəsi" əsərini oxuyub müzakirə ediblər.

Məlumdur ki, M.İbrahimov iyunun 18-dən 19-na keçən gecə qəhrəmancasına döyüşərək şəhid olmuş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Allah ona, həmçinin bütün şəhidlərimizə rəhmət eləsin!

Şagirdlərdə mütaliəyə həvəs yaratdığı, onlara vətənpərvərlik hissləri aşıladığı üçün Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Hümbətovaya, sinif rəhbəri Səadət Əlizadəyə minnətdarıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi