SON ZƏNG
SON ZƏNG
Hər anı bir ömrə bərabər 11 ili sonlandıran zəng.
Ömrümüzün ən şirin, duyğulu və qayğısız günlərinin birləşdiyi məktəb illəri "Son zəng"in sədaları altında bitir. Bu zəngin sədaları isə ən çox 11-in qəlbinin simlərini titrədir. Bu zəng ilə 11-lər tənəffüs üçün dəhlizə yox, müstəqil həyat üçün yeni mərhələyə qədəm qoyurlar.
İyunun 14-də ölkəmizin bütün yerlərində "Son zəng"tədbiri keçirilib.Eləcə də bizim liseydə təşkil edilmiş "Son zəng"tədbiri dövlət himni ilə başlayıb.Sonra 44 günlük Vətən müharibəsində öz qanları ilə tarix yazan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin səbəbkarları olan məzunlar maraqlı çıxışları ilə tədbirə gözəllik qatıblar.
SON ZƏNG tədbirimizin fəxri qonağı Tibb elmləri doktoru,oftalmoloq professor Paşa Qəlbinur oldu.
Professor məzunlarımızı səmimi arzularla təbrik etdi.
Biliklərin xəzinəsi olan "Açar" Xl sinif şagirdlərinin iştirakı ilə beşincilərə təqdim edilib.Beşincilər isə lisey direktoruna təhvil verərək,onların yollarını inamla davam etdirəcəklərinə söz veriblər.Liseyin bir qrup məzunları lisey rəhbərliyi tərəfindən "Fəxri Fərman"la təltif olunub.
Sonda məzunların iştirakı ilə sonuncu zəng çalınıb.
Əziz məzunlar,bir daha təbrik edir,uğurlar arzulayırıq.Yolunuz açıq olsun!.