“İqlim dəyişmələri və COP29”
“İqlim dəyişmələri və COP29”
24 may 2024-cü il tarixində "Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkə" proqramı çərçivəsində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “İqlim dəyişmələri və COP29” mövzusunda Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin Ekoklub dərnəyinin rəhbəri Əzizli Nəzrin tərəfindən məktəblilərə təlim keçilib.
Təlimin məqsədi iqlim dəyişikliyinin azaldılması və ətraf mühitin sağlamlaşdırılması sahəsində məktəbliləri məlumatlandırmaq, onların ekoloji proseslərdə rolunu artırmaq, yaşıl enerji, biomüxtəlifliyin qorunması, COP29-la bağlı mövzu ətrafında fikir mübadiləsi aparmaq olub.
Təlimdə ilk öncə uşaqlara iqlim mözsunda bilik və bacarıqlarının yoxlanılması üçün anket verilib. Uşaqların anket nəticələri yoxlanıldıqdan sonra “İqlim dəyişmələri və COP29” mövzusunda təqdimat nümayiş olunub və sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb