Beynəlxalq Layihə
Beynəlxalq Layihə
27 mart 2024-cü il tarixində başladığımız "Project Management Skill for Life" - İnternational Edition by PMİ SİC Secondary Schools layihəsinin mükafatlandırmasını həyata keçirdik.
Project Management İnstitute Southern İtaly universiteti tərəfindən həyata keçirilən layihənin sertifikatları universitet tərəfindən online göndərilmişdir.
Layihə çərçivəsində 3 Azərbaycan və 3 İtaliya şagirdindən ibarət 6 nəfərlik komandalar şəklində qrup işləri oldu . Şagirdlər online görüşlər vasitəsilə onlara verilən mövzu üzrə layihələrin təqdimatını hazırlayaraq,müəyyən olunan vaxt çərçivəsində sistemə yerləşdirdilər. Sonda online formatda komandanın bütün şagirdləri layihələrini təqdim etdilər. Şagirdlərin təqdimatları italyan və yerli mentorlar tərəfindən dəyərləndirildi. Qeyd edək ki , şagirdlərimizin yerli mentorları liseyin direktoru Turanə Məcidli və liseyin UBTR Turac Əhmədova olmuşdur.
Layihənin keçirilməsində əsas məqsəd şagirdləri tənqidi düşünməyə,problem həll etməyə və komandada işləməyə təşviq etməkdir.
Layihənin idarə olunması bacarıqlarının formalaşdırılması şagirdlərə öyrənmələrinə nəzarət etməyə imkan verəcək.
Onlar məqsəd qoyur, vaxtlarını idarə edir və layihəni təkmilləşdirərək, öz-özünə öyrənməni təcrübə edirlər.
Qeyd edək ki,layihəyə ingilis dilində yüksək yazı və danışıq qabiliyyəti olan şagirdlər seçilmişdir.