Sağlam qida sağlam gələcəyin təməlidir.

Sağlam qida sağlam gələcəyin təməlidir.

Liseyin psixoloqu və tibb işçisi “Sağlam qidalanma” haqqında tədbir təşkil etdi. Şagirdlərə sağlam qidalanmanın vacibliyi və əhəmiyyəti çatdırıldı. Hazır qidaların və konservantların insan orqanizmi üçün ziyanı və təhlükəsi barədə məlumat verildi. Həmçinin qida rejiminin vacibliyi vurğulandı. Meyvə tərəvəz və ağartı məhsullarının insan orqanizmi üçün faydaları və tərkibində olan vitaminlər barədə məlumat verildi.

İnsan orqanizmində suyun əhəmmiyəti və faydaları həmçinin gün ərzində hansı miqdarda qəbul olunması vurğulandı.Sağlam qida uzun, xoşbəxt və sağlam həyatın açarıdır. Məqsəd şagirdlər arasında düzgün qida mədəniyyəti, sağlam qida məhsullarının seçimi ilə bağlı maarifləndirmə, sağlam həyat tərzinin və fiziki aktivliyin artırılmasının təbliğidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi