Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş açıq dərsimiz

Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş açıq dərsimiz
6 c sinifində tarix fənnindən açıq dərsimizi Milli Azərbaycan Tarixi Muzeyində keçirmək qərarına gəldik.
"Azərbaycan- ən qədim zamanlardan" mövzusundakı dərsimizdə əsas məqsəd müasir və müstəqil Azərbaycanın ən qədim zamanlardan dövrümüzədək olan tarixinə səyahət edərək bu gün baş verənlərin mahiyyətini daha dərindən başa düşmək idi.
Azərbaycanın ən qədim dövrünə səyahətdə bələdçimiz şagirdlərimizin dostu Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə idi. Nasir müəllim hər bir ekponatın ,maddi mədəniyyət nümunəsinin əhəmiyyətini,meydana gəlmə səbəbini səbrlə və ətraflı şəkildə izah etdi.Daha sonra səyahətimizi sənədli mənbələrin elmi fond şöbəsinin müdiri , "Arxeo" klubun rəhbəri Esmira Rəhimova ilə davam etdik.
Yeni biliklər əldə edən şagirdlərimiz verilən sualları cavablandırmaqla öz biliklərini də nümayiş etdirirdilər.Muzeydə irəlilədikcə Azərbaycanın ən qədim insan məsəkənlərinin olduğu zəngin bir diyar ,böyük dövlətlərin,imperiyaların yaranıb dağıldığı bir məmləkət olduğunu seyr etdikcə qürurlanan şagirdlər, xanlıqlar dövründən sonrakı Azərbaycanla bağlı çoxlu suallar verildi.Müstəqillik dövrünə sərvətləri talanan,xor görülən ,parçalanmış vilayət kimi daxil oldu dövlətimiz.
Bu gün, beynəlxalq aləmdə söz sahibi olan ,bayrağı yüksəklərdə dalğalanan müstəqil dövlətin müəllifi,Azərbaycan tarixinin ən şərəfli səhifələrinə imza atmış ümumilli lider Heydər Əliyevin doğum günüdür.
Ən böyük arzusu hər qarşı qəhrəman övladlarının qanı hesabına Vətən olan Azərbaycan tarixinin başlandığı torpaqları geri qaytarmaq idi. Azərbaycan prezidenti,Ali Baş Komandan İlham Əliyevin strategiyası və qətiyyəti və Azərbaycan qəhrəman oğullarının rəşadəti ilə onun bu arzusu da həyata keçdi.
Ruhun şad olsun Vətən Dahisi!