Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə tədbir keçirildi.

24.04.2024-cü il tarixində Azərbaycan ədəbi-bədii fikrinin inkişafında mühüm yer tutan qüdrətli sənətkarımız Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə tədbir keçirildi.

Tədbirdə şagirdlər Füzulinin qəzəllərini səsləndirdilər. Həmçinin şagirdlər tərəfindən çəkilən şəkillər sərgiləndi. Bədii hissədən sonra 8-ci sinif şagirdləri arasında breyn-rinq keçirildi. Qalib komandaya diplom verildi, kitab hədiyyə edildi.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə M.Füzulinin həyat və yaradıcılığına maraq oyatmaq, şairin əsərlərinə, bədii irsinə sevgi aşılamaqdır.

Tədbiri təşkil etdikləri üçün Azərbaycan dili və ədəbiyyat müəllimlərimizə: Təranə Fərəcova, Gülnar Hümbətovaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi