"Yarat Müasir İncəsənət Mərkəzinə" ekskursiya

"Yarat Müasir İncəsənət Mərkəzinə" ekskursiya

Liseyin 6C sinif şagirdləri YARAT Müasir İncəsənət Məkanı 6 Azərbaycan rəssamlarının “Yoxlanılıb, mina yoxdur!” adlı qrup sərgisində iştirak ediblər.

Sərgi, müharibə dəhşətlərinə sinə gəlmiş və daha da güclənən cəmiyyətdən söz açır – sülhə can atmağın təkcə kollektiv istək deyil, həm də gerçəklik olduğunu nümayiş etdirməyə istiqamətlənib. Şəxsi hekayələr, araşdırmalar və tarixi artefaktlar vasitəsilə sərgi yeni tarixin yaradılmasında, habelə zorakılıqdan uzaq azad gələcəyin formalaşdırılmasında barışığın, əməkdaşlığın və mərhəmətin rolunu diqqətə çatdırır.

Ekspozisiya Xanlar Qasımov, Orxan Hüseynov, Elturan Məmmədov, Kamilla Muradova, Vüsal Rəhim və Sabina Şıxlinskayanın YARAT-ın sifarişi ilə hazırlanan performans, videoinstalyasiya və qrafika əsərlərini bir araya gətirir. Əsərlər postmünaqişə dövrünün həssas sülh mövzusundan bəhs edərək, daha fundamental mədəni, sosial və ekoloji məsələlərə fokuslanır.

Ekskursiyanın sonunda xatirə şəkli çəkilib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi