"Uğurunu Paylaş" və "Peşə seçimi"

"Uğurunu Paylaş" və "Peşə seçimi"

2023-2024-cü tədris ilinin Fəaliyyət Planının 4,5-ci bəndinə uyğun olaraq "Sağlam və təhlükəsiz təhsil mühitinin yaradılması" məqsədi ilə liseyin məzun Psixoloqu Zülfiyyə Əsədova "Uğurunu Paylaş " və "Peşə seçimi" mövzusunda şagirdlərlə maarifləndirici interaktiv seminar keçirdi.

Belə seminarların keçirilməsində əsas məqsəd gənclərin düzgün peşə-ixtisas seçimi ilə bağlı maarifləndirilməsi, onların təhsil və karyera sahəsində uğurlu inkişafına dəstək olmaq, uğurlu olmağın yolları barədə mütərəqqi düşüncələri və təcrübələri bölüşmək, karyera inkişafını hədəfləyən gənclərə müvafiq tövsiyələr vermək və onları motivasiya etməkdir.

Əməkdaşlıq üçün uğurlu məzunumuz Zülfiyyə Əsədovaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi