Beynəlxalq Layihə

Beynəlxalq Layihə

PMS4L WEB-İ International Edition-4th-March 2024

Liseyimizin şagirdləri,27 nömrəli məktəbin şagirdləri və İtaliya orta məktəb şagirdlərinin birlikdə əməkdaşlığı ilə yeni

"Project Management Skills for Life" adlı beynəlxalq layihəsinə başlayırıq.

Layihə çərçivəsində 3 Azərbaycan və 3 İtaliya şagirdindən ibarət 6 nəfərlik komandalar şəklində qrup işləri olacaq . Şagirdlər online görüşlər vasitəsilə onlara verilən mövzu üzrə layihələrin təqdimatını hazırlamalı və müəyyən olunan vaxt çərçivəsində sistemə yerləşdirməlidirlər.

Məqsəd şagirdləri tənqidi düşünməyə,problem həll etməyə və komandada işləməyə təşviq etməkdir.

Layihənin idarə olunması bacarıqlarının formalaşdırılması şagirdlərə öyrənmələrinə nəzarət etməyə imkan verəcək.

Onlar məqsəd qoyur, vaxtlarını idarə edir və layihəni təkmilləşdirərək, öz-özünə öyrənməni təcrübə edirlər.

Qeyd edək ki,layihəyə ingilis dilində yüksək yazı və danışıq qabiliyyəti olan şagirdlər seçilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi