İmtahan həyacanının azaldılması

İmtahan həyacanının azaldılması

Məktəbin psixoloqu Dilbazova Gülər 11-ci siniflərlə imtahan həyacanının azaldılması və stressin idarə olunması ilə bağlı görüş keçirmişdir. Şagirdlərlə psixoloji söhbət zamanı onlara ruh yüksəkliyi yaradacaq sözlər şagirdlərə ünvanlandı.....Sən güclüsən ..Çünki sən 2 il ərzində kifayət qədər çalışdın, əlindən gələnin ən yaxşısını etdin, gecə-gündüz oxudun! Bu halda niyə özünə inanmayasan ki?! Pozitiv düşünərək bildiklərini son 1 həftə təkrar edə bildiyin qədər təkrar et və xəyal qur “sən artıq tələbəsən”. Bu düşüncə ilə bərabər ən vacib olanını et özünə inan! Çünki uğur özünə inamdan başlayır…

Görüşdə imtahan həyacanının dərəcəsini ölçülməsi məqsədi ilə test keçirilmişdir.Şagirdləri maraqlandıran suallar cavablandırılmış və metodikalar haqqında müzakirələr aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi