Liseyin şagirdləri sinif təşkilat saatını ikinci Fəxri xiyabana gedib,Vətən oğullarının məzarını ziyarət ediblər

23.02.24 tarixdə liseyimizin 7b sinif şagirdləri sinif rəhbəri Solmaz Abdullayevanın rəhbərliyi ilə növbəti sinif təşkilat saatını ikinci Fəxri xiyabana gedib, Vətən oğullarının məzarını ziyarət edibler.

Orada Azərbaycanın Milli Qəhrəmanları General-mayor Polad Həşimоv, Mübariz İbrahimovun və ikinci Qarabag müharibəsi zamanı şəhid olmuş digər vətən oğullarının da məzarını ziyarət edibler.

Ziyarətin məqsədi şagirdlərə tariximizi,

Milli Qəhrəmanlarımızı tanıtmaq olub. Müəllim və şagirdlər şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi