Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 8 və 9-cu siniflərdə monitorinq keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 8 və 9-cu siniflərdə monitorinq keçirilir.

19 fevral 2024-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin göstərişinə müvafiq olaraq məktəbin 8 və 9-cu siniflərinin Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə 5 -8-ci siniflər səviyyəsində biliklərini ölçmək məqsədi ilə monitorinq keçirilir. Monitorinq sualları şagirdlərə 2 variantda təqdim edildi. Monitorinq 2,5 saat (150 dəqiqə) davam edəcək.

Aparılan monitorinqin məqsədi 8 və 9-cu sinif şagirdlərinin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və həmin istiqamətə uyğun olaraq şagirdlərə köməklik göstərilməsinə nail olmaqdır.

Monitorinqin gedişi direktor və direktor müavini tərəfindən izlənilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi