VI sinif şagirdimizin KiTAB TƏQDİMATI

VI sinif şagirdimizin KiTAB TƏQDİMATI

14 fevral Beynəlxalq Kitab Bağışlama Günüdür.Bu gün Liseyimizdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın kiçik yazarı 6 b sinif şagirdi Elçin Ələkbərovun "Tarixin izləri"adlı kitabının təqdimatı keçirildi.Tədbirdə iştrak edən jurnalistlər (M.Fatimə ,Ə.Zeynəb, B.Dəniz,B.Nuray,M.Zəhra, M.Banu) onları maraqlandıran sualları yazara ünvanladı.Müsahibə zamanı məlum oldu ki, Elçin, cavabını axtırdığı sualları araşdırmaqla başlayıb kitab yazmağa. " Tədqiqatçı-tarixçilər (C.Leyla,Ə.Emil) kitabın əhəmiyyətini vurğulamaqla yanaşı yazara öz tövsiyylərini də verdilər.Daha sonra Liseyin direktoru Turanə Məcidli bu təşəbbüsü təqdirəlayiq hesab etdi.Elçinin növbəti kitabında tədbirdə səslənən fikirləri nəzərə almağı tövsiyyə etdi.Tədbirdə iştrak edən təlim tərbiyə işləri üzrə direktor müavini Aybəniz Cavadova,fənn müəllimi Sevil Nəsibova, "Kiçik Akdemiya"nın rəhbəri Sevil Musayeva,Kitabxana müdiri Nargül Kərimova və valideynlər Elçini və digər şagirdləri təbrik edərək gələcək işlərində uğurlar arzuladılar.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi